Bu gün Misli Premyer Liqasının 25-ci turu çərçisəvində “Turan Tovuz” “Neftçi”nin qonağı olub.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 20-ci dəqiqəsində Sezar Meza Kolli hesabı açıb, 24-cü dəqiqədə isə Emin Mahmudov fərqi iki topa çatdırıb. 72-ci dəqiqədə fərqlənən Mateus Saldanya bakılıların üçüncü, 84-cü dəqiqədə isə dubl edən E.Mahmudov dördüncü qolunun müəllifi olublar.
Oyun bu hesabla da başa çatıb – 4-0.
Misli Premyer Liqası,
25-ci tur
5 mart (bazar)
19:30. “Neftçi” 4–0 “Turan Tovuz”
Qollar: Sezar Meza Kolli, 20 (1:0), Emin Mahmudov, 24 (2:0), Mateus Saldanya, 72 (3:0), Emin Mahmudov, 84 (4:0)
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov
8-ci kilometr stadionu