05 mart 2023 21:06
453

"Formula 1": Maks Ferstappen mövsümün ilk yarışının qalibi olub

"Formula 1" üzrə dünya çempionatında cari mövsümün ilk yarışının qalibi bəlli olub.

“İki sahil” xəbər verir ki, Bəhreyndə keçirilmiş start Qran-prisini "Red Bull" pilotu Maks Ferstappen qazanıb.

İkinci yeri onun komanda yoldaşı Serxio Peres tutub. İlk "üçlüy"ü "Aston Martin"dən Fernando Alonso tamamlayıb.

Qeyd edək ki, bu mövsüm Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.