Bu gün Misli Premyer Liqasının 25-ci turu çərçisəvində “Qəbələ” “Qarabağ”ı qəbul edib.
“İki sahil” xəbər verir ki, oyunun 31-ci dəqiqəsində İsnik Alimi hesabı açsa da 38-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Ramil Şeydayev hesabı bərabərləşdirib. Qarşılaşmanın 55-ci dəqiqədə Musa Qurbanlı qonaqları hesabda önə çıxarıb – 1-2. 68-ci dəqiqədə isə R.Şeydayev ikinci dəfə penaltini dəqiq yerinə yetirərək oyunda son nöqtəni qoyub.
Misli Premyer Liqası,
25-ci tur
5 mart (bazar)
17:00. “Qəbələ” 1–3 “Qarabağ”
Qollar: İsnik Alimi, 31 (1:0), Ramil Şeydayev, 38-pen. (1:1), Musa Qurbanlı, 55 (1:2), Ramil Şeydayev, 68-pen. (1:3)
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov
Qəbələ şəhər stadionu