05 mart 2023 13:35
382

Kyellini MLS liqasında ilk qolunu vurub

Yayda "Yuventus"dan ayrılaraq ABŞ-ın "Los-Anceles" klubuna keçən Corco Kyellini MLS liqasında ilk qolunu vurub.

“İki sahil” xəbər verir ki, 38 yaşlı müdafiəçi liqanın son turunda "Portlend Timbers"ə 3:2 hesabı ilə qalib gəldikləri oyunun 24-cü dəqiqəsində hesabı açıb. Bu, Kyellinin karyerasında 52-ci qoludur. 

Qeyd edək ki, Kyellini 2005-2022-ci illərdə 9 dəfə İtaliya çempionu olduğu "Yuventus"da çıxış edib. O, İtaliya yığması ilə Avro-2020-nin qalibi olub.