05 mart 2023 01:41
319

Azərbaycanlı futbolçu Ukraynada dubl etdi

Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin çıxış etdiyi “Oleksandriya”  öz meydanında lider "Dnepr-1"lə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

Mustafayev start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Komandasının hər iki qolunu U-21 millimizin sabiq üzvü vurub.

Qeyd edək ki, Musatafayev son turda "Metallist"lə keçirilən görüşdə (3:3) 2 qol ötürməsi etmişdi.

Bu nəticədən sonra “Oleksandriya” hazırda 26 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.