04 mart 2023 20:31
545

“Sabah” qələbə qazandı

Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, “Sabah” “Kəpəz”i qəbul edib.

Görüşün 17-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alan Abdullahi Şuaybu gəncəliləri azlıqda qoyub.

Qarşılaşmanın 41-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirə bilməyən Aleksey İsayev həmin dəqiqədə hesabı açmağa nail olub. O, 90+4-cü dəqiqəsində özünün və komandasının ikinci qolunu vuraraq matçda son nöqtəni qoyub – 2-0.

Oyunun 90+6-cı dəqiqəsində isə ikinci sarı vərəqəsindi alan “Sabah”ın futbolçusu Anatoli Nuriyev meydandan qovulub.

Misli Premyer Liqası,

25-ci tur

4 mart (şənbə)

18:30. “Sabah” 2–0 “Kəpəz”

Qol: Aleksey İsayev, 41, 90+4

Reallaşdırılmayan penalti: Aleksey İsayev, 41

Qırmızı vərəqələr: Abdullahi Şuaybu, 17-birbaşa qırmızı vərəqə ("Kəpəz"), Anatoli Nuriyev, 90+6-iki sarı vərəqə ("Sabah")

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev

“Bank Respublika Arena”