04 mart 2023 18:08
361

"Sumqayıt" səfərdə qələbə qazandı

Misli Premyer Liqasında 25-ci turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, “Səbail” “Sumqayıt”ı qəbul edib.

Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami və Vüqar Həsənlidən ibarət hakimlər briqadasının idarə etdiyi qarşılaşmanın 68-ci dəqiqəsində "Səbail"in futbolçusu Qustavo de Fransa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Görüşün 90+8-ci dəqiqəsində isə Terrens Tisdel Sumqayıtın qələbə qolunu vurub – 0-1.

Misli Premyer Liqası,

25-ci tur

4 mart (şənbə)

16:00. “Səbail” 0–1 “Sumqayıt”

Qol: Terrens Tisdel, 90+8

Qırmızı vərəqə: Qustavo de Fransa, 68 ("Səbail")

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli

“ASCO Arena” “ASCO Arena”