04 mart 2023 17:48
341

Suares: Neymar "Barselona"da qalsaydı...

 Braziliyanın “Qremio” klubunun futbolçusu Luis Suares PSJ-nin hücumçusu Neymar haqda danışıb.

"İki sahil"in məlumatına görə, o deyib ki, braziliyalı oyunçu "Barselona"da qalsaydı, "Qızıl top"u qazanacaqdı:  “Bunu açıq şəkildə söyləyirəm və bütün məsuliyyəti dərk edirəm. Neymar "Barselona"da qalsaydı, "Qızıl top"u qazanacaqdı. Bu mənim fikrimdir”.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında "Barselona"dan ayrılıb. Braziliyalı hücumçu 222 milyon avroya PSJ-yə keçərək tarixin ən bahalı oyunçusu olub. 31 yaşlı Neymar karyerası ərzində heç vaxt “Qızıl top”u qazanmayıb. Onun PSJ ilə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. Suares və Neymar "Barselona"da sabiq komanda yoldaşı olublar.