"Atletiko" futbolçusu Abde Rayhani ilə müqaviləni uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 19 yaşlı hücumçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Rayhani hələ Madrid təmsilçisinin əsas komandasında çıxış etməsə də, gənclərdən ibarət komandanın lideridir. Abde bu mövsüm 7 oyunda iştirak edib, 4 qol vurub və 2 qolun ötürməsini verib. O, həmçinin "Atletiko"nun UEFA Gənclər Liqasının 1/8 finalında “Genk”ə qalib gəlməsinə (4:1) kömək edərək, qollardan birini vurub. İspaniya mətbuatında yer alan məlumatlara görə, Abdenin yaxında La Liqa klubunun əsas komandasında oynaması da gözlənilir.