"Yuventus" PSJ-dən icarəyə götürdüyü yarımmüdafiəçisi Leandro Paredesi birdəfəlik transfer etməyəcək.
“İki sahil” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Turin təmsilçisi 28 yaşlı futbolçunun müqaviləsindəki satın alma variantını aktivləşdirmək niyyətində deyil. Çünki onun transfer qiyməti 22 milyon avrodur. "Yuventus" isə bu məbləği ödəmək istəmir.
Ona görə də Parades yayda PSJ-yə qayıdacaq.
Qeyd edək ki, Parades ötən ilin yayından "Yuventus"da oynayır. O, bu mövsüm Turin təmsilçisinin heyətində bütün turnirlərdə 22 oyun keçirib və 1 qolun ötürməsini verib.