03 mart 2023 15:03
499

Əşrəf Hakimiyə qarşı ittiham irəli sürülüb

Təcavüzdə ittiham olunan Fransanın PSJ futbol klubunun və Mərakeş yığmasının müdafiəçisi Əşrəf Hakimi prokurorlar tərəfindən dindirilib.

"İki sahil" AFP-yə istinadən xəbər verir ki, ona qarşı ittiham irəli sürülüb.

Hakimi adı açıqlanmayan bir xanıma qarşı cinsi təcavüzdə ittiham olunur.

PSJ məsələyə şərh verməyib.