03 mart 2023 14:10
371

Çalhanoğludan yeni müqavilə açıqlaması

"İnter"in futbolçusu Hakan Çalhanoğlu klubdakı gələcəyi ilə bağlı qərarını verib.

“İki sahil” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Milan təmsilçisindən ayrılmayacaq. O, klubla yeni müqavilə imzalayacaq. Hakan mövzu ilə bağlı "La Gazetta dello Sport"a açıqlamasında deyib: “İnter”də qalacağım üçün qürur duyuram. Mən burada oynamağa davam etmək istəyirəm. Çünki "İnter" xüsusi klubdur”.

Daha əvvəl bildirilirdi ki, "İnter" də türkiyəli futbolçunun qalmasını istəyir. Hakanın hazırkı sözləşməsi isə 2024-cü ilin yayına qədərdir. Onunla "Lids"in (İngiltərə) danışıqlar apardığı haqda məlumatlar yayılmışdı.

Qeyd edək ki, Hakan bu mövsüm "İnter"in heyətində 32 matçda 3 qol vurub və 6 qolun ötürməsini verib.