03 mart 2023 13:53
521

"Formula 1"-də trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlanılır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı açıqlama verib.

Şirkətdən "İki sahil"ə verilən xəbərə görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 28-30 aprel tarixlərində baş tutacaq 2023-cü il "Formula 1" Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına başlayır.

Verilən məlumata görə, tikinti-quraşdırma işləri cümə günü, martın 3-ü gecə saatlarından başlayacaq və yarış həftəsinə qədər davam edəcək.

Qeyd edək ki, tədbir çərçivəsində tikinti-quraşdırma işləri mərhələli şəkildə həyata keçiriləcək. BŞH bu barədə ictimaiyyəti davamlı şəkildə məlumatlandıracaq.