02 mart 2023 23:36
587

Nazim Babayev Qış Avropa Çempionatında finala yüksəlib

Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində keçirilən Qış Avropa Çempionatında finala yüksəlib.

“İki sahil” xəbər verir ki, idmançı üçtəkanla tullanma növündə 16,45 metr nəticə göstərib.

Təsnifat mərhələsində 4-cü yeri tutan Babayev finalda iştirak hüququ qazanıb.

Qeyd edək ki, yarışda Azərbaycanın digər atleti Yekaterina Sariyeva da qüvvəsini sınayır.