01 mart 2023 18:08
486

PFL rəsmisi "Vilyarreal"ın oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov növbəti dəfə təyinat alıb.

"İki sahil" PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Belçikada "Anderlext" və İspaniyanın "Vilyarreal" komandaları arasında keçiriləcək Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, martın 9-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.