01 mart 2023 17:29
437

Modriç "Real"a bu transferi məsləhət gördü

"Real"ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubuna "Leyptsiq"in müdafiəçisi Yoşko Qvardiolu transfer etməyi məsləhət görüb.

“İki sahil” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Bildirilib ki,  xorvat oyunçu rəhbərliyə həmyerlisinin hələ uzun illər komandanı ciddi şəkildə gücləndirə biləcəyini deyib.

Qvardiolun Almaniya klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, 21 yaşlı müdafiəçi bu mövsüm "Leyptsiq"in heyətində 28 oyuna çıxıb və 2 qol vurub.