01 mart 2023 16:45
451

Ukraynanın tanınmış gimnastı Bakıda ustad dərsləri keçib

Ukraynanın tanınmış bədii gimnastı Alyona Dyaçenko Bakıda ustad dərsləri keçib.

Azərbaycan Gimnastika Federasiyasında "İki sahil"ə verilən məlumata görə, dərslər Bakı Olimpiya İdman Kompleksində baş tutub.

Məşğələlərə 9 klubdan 120 gimnast qatılıb.

Qeyd edək ki, Alyona Dyaçenko Yay Universiadasının gümüş mükafatçısıdır.