01 mart 2023 10:05
347

Avropanın TOP klubları Xviça ilə maraqlanır

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya Avropanın TOP klublarının maraq dairəsindədir.

“İki sahil” xəbər verir ki, "Mançester Siti" və "Nyukasl" Kvaratsxeliyanı yaxından izləyən Premyer Liqa klublarıdır. O, PSJ və "Real"ın da diqqətini çəkib. “Napoli” iki lideri Osimhen və Kvaratsxeliyanın bu yay komandadan ayrılmasını istəmir.

Xviçanın özünün hələ"Napoli"dən ayrılmağı düşünmədiyi vurğulanıb.

Qeyd edək ki, İtaliya klubunun gürcüstanlı hücumameyilli yarımmüdafiəçi ilə 2027-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzatmaq istədiyi bildirilir.