27 fevral 2023 19:54
396

Ersun Yanal "Alanyaspor"da

Türkiyə Super Liqasında çıxış edən "Alanyaspor" klubunun yeni baş məşqçisi bəlli olub.

“İki sahil” xəbər verir ki,  komanda Ersun Yanala tapşırılıb.

62 yaşlı mütəxəssis bu postda Françesko Fariolini əvəzləyib.

Qeyd edək ki, Ersun Yanal son olaraq 2020/2021 mövsümündə "Antalyaspor"da işləyib.