Məşhur məşqçi Yürgen Klinsmannın yeni iş yeri müəyyənləşib.
“İki sahil” xəbər verir ki, 58 yaşlı mütəxəssis Cənubi Koreya millisini çalışdıracaq. Bu barədə sözügedən ölkənin futbol federasiyası məlumat yayıb. Almaniyalı məşqçi ilə 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Klinsmann karyerası ərzində ABŞ və Almaniya millilərini, həmçinin "Bavariya" və "Herta"nı da çalışdırıb.