"Tottenhem"in adı açıqlanmayan bir azarkeşi ötən gün "Çelsi" ilə oyunda (2:0) səsləndirdiyi şüarlara görə həbs edilib.
“İki sahil” xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Sözügedən fanat matç zamanı homofobik şüarlar səsləndirməkdə şübhəli bilinir.
Klub isə məsələ ilə əlaqədar açıqlamasında bildirib: “Bir nəfərin homofobik ifadə işlətdiyinə görə həbs olunduğunu təsdiqləyə bilərik. “Tottenhem ”də ayrı-seçkiliyə yer yoxdur”.