PSJ-nin futbolçusu Presnel Kimpembe zədələnib.
"İki sahil" "RMC Sport"a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Liqa 1-in 25-ci turunda "Marsel"lə matçın (3:0) 16-cı dəqiqəsində sıradan çıxıb. Kimpembe meydanı təkbaşına tərk edə bilməyib və xərəkdə meydançadan kənara daşınıb.
Komandanın baş məşqçisi Kristof Qaltyenin sözlərinə görə, Fransa millisinin üzvünün zədəsi ciddidir və o, mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək: “Təəssüf ki, Kimpembe ciddi zədə aldı və mövsümün sonuna qədər oynaya bilməyəcək”.
Qeyd edək ki, Kimpembe bu mövsüm PSJ-nin heyətində 15 matçda meydana çıxıb.