27 fevral 2023 02:03
374

PSJ "Marsel"i darmadağın etdi

PSJ Fransa Liqa 1-də 25-ci tur oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Paris təmsilçisi turun mərkəzi matçında "Marsel"in qonağı olub və 3:0 hesabı ilə qalib gəlib.

"Marsel" - PSJ - 0:3
Qollar: Mbappe, 25, 55, Messi, 29

Bu qələbə ilə xalını 60-a yüksəldən PSJ turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Marsel" 52 xalla 2-ci, "Monako" 50 xalla 3-cüdür.