27 fevral 2023 01:10
500

Şotlandiya liqa kubokunu “Seltik” qazandı

Şotlandiya liqa kubokunun qalibi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, ötən gün keçirilən həlledici matçda əzəli rəqiblər - "Reyncers"lə "Seltik" üz-üzə gəlib. 2:1 hesabı ilə rəqibini üstələyən "Seltik" kubokun qalibi olub.

"Reyncers" - "Seltik" - 1:2

Qollar: Furuhaşi, 44 (0:1), 56 (0:2), Morelos, 64 (1:2)

"Seltik" bununla 19-cu dəfə liqa kubokunu qazanıb. Rekord hələ də “Reyncers”ə (27) məxsusdur.