25 fevral 2023 22:10
510

Ronaldo het-trik etdi

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanın çempionatının 18-ci turunda “Damak”a qarşı səfər matçında het-trik edib.

“İki sahil” xəbər verir ki, portuqaliyalı hücumçu 18 (pen), 23, 44-cü dəqiqələrdə fərqlənib. O, komandasının hər üç qolunun müəllifi olub.

Qeyd edək ki, “Əl-Nəsr” turnir cədvəlində 43 xalla 1-cidir.