Misli Premyer Liqasının 24-cü turu çərçivəsində “Sumqayıt” “Kəpəz”i qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 6-cı dəqiqəsində Ahmed Ayzaya açıb. 38-ci dəqiqədə isə fərqlənən Martins Junior Tərlan Əhmədovun rəhbərlik etdiyi komandanın üstünlüyünü iki topa çatdırıb. Oyunun 88-ci dəqiqəsində isə topu öz qapısından keçir Yusif Nəbiyev oyunda son nöqtəni qoyub – 1-2.
Misli Premyer Liqası,
24-cü tur
25 fevral (şənbə)
17:00. “Sumqayıt” 1–2 “Kəpəz”
Qollar: Ahmed Ayzaya, 6 (0:1), Martins Junior, 38 (0:2), Yusif Nəbiyev, 88-avtoqol (1:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Kamal Umudlu
“Kapital Bank Arena”