Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Sabah" "Şamaxı"nın qonağı olub.
“İki sahil” xəbər verir ki, saat 14:30-da başlayan qarşılaşmanın birinci hissəsində hesab açıqlmayıb.
Görüşün 72-ci dəqiqəsində Amil Yunanov hesabı açsa da 77-ci dəqiqədə Aleksey Kaşuk qonaqların bərabərlik qolunu vurub. Matçda son nöqtəni qoyan A.Yunanov “Şamaxı”nın qələbəsini təmin edib.
Misli Premyer Liqası,
24-cü tur
25 fevral (şənbə)
14:30. “Şamaxı” 2–1 “Sabah”
Qollar: Amil Yunanov, 72 (1:0), Aleksey Kaşuk, 77 (1:1), Amil Yunanov, 90+5-pen. (2:1)
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Eyyub İbrahimov, Əli Əliyev
Şamaxı şəhər stadionu