Braziliya millisinin və İspaniya "Real Madrid"inin sabiq futbolçusu Marselo ölkəsinin "Fluminense" komandasına keçib.
“İki sahil” xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi özünün sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli oyunçu yetirməsi olduğu kluba transferinin detallarını açıqlamayıb.
Qeyd edək ki, Marselonun son komandası Yunanıstan "Olimpiakos"u olub.