Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
“İki sahil” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Öz qrupunun qalibləri səpələnmişlər, pley-off mərhələsindən gələnlər isə səpələnməmişlər səbətində yer alıblar.
Qeyd edək ki, bu mərhələdə eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.
1/8 final
Səpələnmişlər
"Arsenal" (İngiltərə)
"Betis" (İspaniya)
"Fənərbağça" (Türkiyə)
"Ferentsvaroş" (Macarıstan)
"Feyenoord" (Niderland)
"Frayburq" (Almaniya)
"Real Sosyedad" (İspaniya)
"Union" (Belçika)
Səpələnməmişlər
"Yuventus" (İtaliya)
"Bayer" Leverkuzen (Almaniya)
"Mançester Yunayted" (İngiltərə)
"Roma" (İtaliya)
"Sevilya" (İspaniya)
"Sportinq" (Portuqaliya)
"Union" Berlin (Almaniya)
"Şaxtyor" Donetsk (Ukrayna)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 9-da, cavab görüşləri isə martın 16-da keçiriləcək.