"Barselona" növbəti yay transfer pəncərəsində "Mançester Siti"nin futbolçusu Rodrini almaq fikrindən daşınıb.
“İki sahil” xəbər verir ki, bu haqda "Mundo Deportivo" məlumat yayıb. Daha əvvəl baş məşqçi Xavi kapitan Serxio Busketsin əvəzinə 26 yaşlı yarımmüdafiəçinin transfer olunmasını istəyirdi. Lakin daha sonra "Barselona" maliyyə baxımından bu transferin tələblərini qarşılaya bilmədiyini başa düşüb. Ona görə də Kataloniya klubu ispaniyalının keçidindən imtina edib. Tərəflər danışıqları dayandırıblar.
Qeyd edək ki. Rodri 2019-cu ildən "şəhərlilər"in formasını geyinir. O, bu mövsüm 35 matçda 2 qol vurub və 5 qolun ötürməsini verib. Futbolçunun transfer qiyməti 80 milyon avro məbləğində dəyərləndirilir.