
Orxan Baxşəliyev,
YAP Yevlax rayon təşkilatının fəalı
Beynəlxalq platformalar hər bir dövlətin öz mövqeyini sərgiləmək üçün xüsusi imkanlar yaradır. Son dövürlərdə dünya dövlətləri arasında qızışmaqda olan münaqişələr gələcək təhlükəsislik məsələrində böyük suallar yaradır. Böyük dövlətlərin liderlərinin hətda son hədd kimi nüvə silahlarından istifadə edilməsinin mümkünlüyündən danışmaları bu təhlükəni dahada artırır. Bu gün danışıqlara , dialoqa, ümumi anlayışa gəlməyə çox ehtiyac duyulur. İkili standartlardan çıxış edən dövlətlər öz siyasi kurslarında korreksiya etməlidirlər və beynəlxaq platformalardan səslənən ağıllı və məntiqli fikirləri və baxışları, ən əsası isə həqiqəti qəbul etməlidirlər.
Cari ilin fevral ayının 18 də Almaniyada keçirilən Dünya siyasəti və iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyan 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar içlasda Azərbaycan prezidenti İlham Əliyevin çıxışı növbəti dəfə dünyanın diqqətini regionda olan məsələlərə çəkərək ölkəmizə olan marağı və Ölkə başçımızın dünya siyasətindəki yüksək nüfuzunu təsdiq etmiş oldu. Dövlət başçısı cənab İlham Əliyev Vətən müharibəsindən sonrakı vəziyyətə diqqəti yönəltməklə yanaşı, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh prosesinin məhsuldar sonluqla yekunlaşması üçün böyük və gərgin işlərin görüldüyünü bildirərək qeyd etmişdir: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq bir neçə platformamız var. Onlardan biri Brüssel formatı adlandırdığımız platformadır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz bir daha Brüssel prosesinə sadiq olduğumuzu təsdiqlədik. Bu gün isə Dövlət katibi Blinken tərəfindən təşkil olunmuş üçtərəfli görüş zamanı biz, həmçinin Brüssel prosesini və üçtərəfli formatı müzakirə etdik. Hesab edirəm ki, bu formatın üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır. Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar”.
Prezident İlham Əliyev Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına verdiyi müsahibədə görüşdə müzakirə olunmuş məsələləri diqqətə çatdırdı: "Görüşdə bir çox məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, bunun üçün lazım olan şərtlərin mövcudluğu müzakirə olunub. Sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Görüşdə Laçın-Xankəndi yolundakı vəziyyət də müzakirə edilib. Burada hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin maşınları keçmişdir. Avropa İttifaqı bizim mövqeyimizi anlayır. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın.
Nəzarət-buraxılış məntəqələri olmadan sərhədlərin delimitasiyası mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır.O da bildirilib ki, İranda baş vermiş hadisə Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktıdır. Azərbaycan səfirliyimizdə baş vermiş məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edir. İran hökuməti şəffaf istintaq aparmalı və bizə bu barədə məlumat verilməli, terrorçu isə cəzalandırılmalıdır.
Prezident İlham Əliyev səfər çərçivəsində keçirilən plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdəki vəziyyət, yeni reallıqlar, bölgədə gedən proseslər barədə dəyərli fikirlərini bölüşdü. Azərbaycanın mövqeyi birmənalıdır, açıqdır. Azərbaycan haqqın, ədalətin tərəfdarıdır. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində bizim mövqeyimiz tamamilə məntiqlidir. Azərbaycan istəyir ki, bu normallaşma tezliklə baş versin, ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır;
Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan istəyir ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.
Müsahibədə Azərbaycanın enerji diplomatiyasına da toxunan cənab Prezident qeyd etdi ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları da bir o qədər daha güclü şəkildə təmin ediləcək. Çünki bu gün enerji təhlükəsizliyi məsələləri beynəlxalq təşkilatlar tərəfindən müzakirə olunan gündəliyin ön sıralarındadır. Azərbaycan isə yeni mənbənin sahibi kimi Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkədir.
Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökümətinin bütün sferalarda yürütdüyü rasional siyasəti nəticəsində Azərbaycan dövləti böyük nüfuz və rəğbət qazanmışdır. 59-cu Münxen Təhlükəsizlik Konfransıda bir daha Azərbaycanın qətiyətli mövqeyini nümayiş etdirməklə onun etibarlı tərəfdaş olduğunuda göstərdi.