19 fevral 2023 02:10
784

Türkiyədə transfer pəncərəsi növbəti dəfə uzadıldı

Türkiyə Futbol Federasiyası ölkədə qış transferinin müddətinin növbəti dəfə uzadıldığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Bildirilib ki, FİFA-nın razılığa ilə qış transfer pəncərəsi martın 5-ə qədər uzadılıb. Ölkədə baş verən güclü zəlzələ səbəbindən bu addım atılıb.

Qeyd edək ki, Türkiyədə transfer pəncərəsi daha əvvəl fevralın 18-ə kimi uzadılmışdı