UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda keçiriləcək "Sabah" - "Hapoel" (Beer-Şeva, İsrail) görüşünə satılan biletlərin sayı açıqlanıb.
“İki sahil” xəbər verir ki, klubdan verilən məlumata görə, qarşılaşma üçün artıq 15 min bilet sahibini tapıb. Qeyd edək ki, "Sabah" - "Hapoel" matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:45-də başlayacaq. Səfərdə baş tutan ilk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Atletimiz Nuray Əbilova U 15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb