İngiltərə Premyer Liqasının 24-cü turunda bu gün daha 6 matç keçirilib.
“İki sahil” xəbər verir ki, "Bornmut" "Vulverhempton"a, "Everton", "Lids Yunayted"ə, "Fulhem" "Brayton"a qalib gəlib.
"Mançester Siti" "Nottinqem Forest"lə heç-heçə edib. "Çelsi" "Sauthempton"a uduzub. "Brentford" - "Kristal Pelas" oyununda isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, 23-cü turun bu gün keçirilən digər oyununda "Arsenal" "Aston Villa"nı üstələmişdi.
Əlavə edək ki, Premyer Liqanın turnir cədvəlinə 54 xalla "Arsenal" (23 oyun) liderlik edir. "Mançester Siti" 52 xalla 2-ci, "Mançester Yunayted" isə 46 xalla 3-cüdür (23 oyun).
İngiltərə Premyer Liqası,
24-cü tur
"Vulverhempton" 0-1 "Bornmut"
Qol: Taverne, 49
"Nottinqem Forest" 1-1 "Mançester Siti"
Qollar: Vuud, 84 - Silva, 41
"Everton" 1-0 "Lids Yunayted"
Qol: Koulman, 64
"Çelsi" 0-1 "Sauthempton"
Qol: Uord-Pryusi, 45+1
"Brayton" 0-1 "Fulhem"
Qol: Solomon, 88
"Brentford" 1-1 "Kristal Pelas"
Qollar: Canet, 90+6 - Eze, 69
Atletimiz Nuray Əbilova U 15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb