18 fevral 2023 21:40
582

"Bavariya" uduzdu

"Bavariya" Almaniya Bundesliqasında 21-ci tur oyununa çıxıb.

“İki sahil” xəbər verir ki, Münhen təmsilçisi bu dəfə Münhenqladbax "Borussiya"sının qonağı olub. "Bavariya" 2:3 hesabı ilə uduzub və səfərdən əliboş qayıdıb. Nəticədə "Bavariya"nın 13 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.

Qeyd edək ki, "Bavariya" hazırda turnir cədvəlində 43 xalla liderdir. "Borussiya" isə 29 xalla 8-cidir.

"Borussiya" (Münhenqladbax) - "Bavariya" - 3:2

Qollar: Stindi, 13, Hofmann, 55, Turam, 84 - Şupo-Motinq, 35, Tel, 90+3

Qırmızı vərəqə: Upamekano, 8