"Başakşehir" heyətinə 2 yeni futbolçu qatıb.
“İki sahil” xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
"Başakşehir" son klubu "Balıkesirspor" olan Ayberk Kayqısızı sıralarına cəlb edib. 18 yaşlı müdafiəçi ilə 4,5 illik müqavilə imzalanıb.
Həmçinin klub "Qaziantep"dən ayrılan Joao Fiqeyredonu transfer edib. 26 yaşlı hücumçu ilə 3,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Başakşehir" hazırda Superliqanın turnir cədvəlində 40 xalla 3-cüdür.
Atletimiz Nuray Əbilova U 15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb