"Hatayspor"un aşağı yaş qruplarından ibarət komandalarında oynayan iki futbolçusu və aşağı yaş qruplarından ibarət komandalarının qapıçılar üzrə məşqçisi Türkiyədə baş verən zəlzələnin dağıntıları altında qalaraq həyatını itirib.
“İki sahil” xəbər verir ki, bu barədə "Hatayspor" məlumat yayıb.
15 yaşlı Fatin Can, 14 yaşlı Hamza Sürer və qapıçılar üzrə məşqçi Hüseyin Danahiloğlu dünyasını dəyişib.
"Hatayspor" həyatını itirənlərə Allahdan rəhmət diləyib, onların yaxınlarına isə başsağlığı verib.
Qeyd edək ki, daha əvvəl "Hatayspor"un əsas komandasının üzvü Kristian Atsu dağıntılar altında qalaraq həlak olub.
Xatırladaq ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində 40 min nəfərdən çox insan həyatını itirib.
Atletimiz Nuray Əbilova U 15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb