Misli Premyer Liqasında 23-cü tur çərçivəsində “Neftçi” “Səbail”i qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 8-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Kenni Sayef hesabı açıb. 48-ci dəqiqədə isə Emin Mahmudov fərqi iki topa çatdırıb. Qarşılaşmada son nöqtəni 75-ci dəqiqədə Mateus Saldanya qoyub – 3-0.
Misli Premyer Liqası,
23-cü tur
18 fevral (şənbə)
17:30. “Neftçi” 3–0 “Səbail”
Qollar: Kenni Sayef, 8-pen. (1:0), Emin Mahmudov, 48-pen. (2:0), Mateus Saldanya, 75 (3:0)
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev
“Bakcell Arena”
Atletimiz Nuray Əbilova U 15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb