Roma"nın futbolçusu Paulo Dibalanın yay transfer pəncərəsində klubdan ayrılacağı gözlənilir.
“İki sahil” xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 29 yaşlı hücumçu bir çox xarici klubların maraq dairəsindədir. Onların arasında Türkiyə "Qalatasaray"ı da var.
Ətraflı
Bildirilir ki, argentinalı forvard özü də A seriyası təmsilçisindən ayrılmağa müsbət yanaşır.
"Roma" artıq Pauloya qiymət də təyin edib. Dibala gedəcəyi təqdirdə "Roma" onun üçün xarici klublardan 12 milyon avro, İtaliya klublarından isə 20 milyon avro tələb edəcək.
Qeyd edək ki, Paulo bu mövsüm "Roma"nın heyətində 22 matçda 11 qol vurub və 7 qolun ötürəsini verib.
Atletimiz Nuray Əbilova U 15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb