18 fevral 2023 16:59
641

"Qəbələ" Qəbələdə qələbə qazandı

Misli Premyer Liqasında 23-cü tur çərçivəsində "Qəbələ" "Sumqayıt"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 44-cü dəqiqəsində Ülvi İsgəndərov hesabı açıb. 56-cı dəqiqədə isə Rafael Utziq fərqi iki topa yüksəldib.

Oyunun 85-ci dəqiqəsində isə İsnik Alimi topu öz qapısından keçirib – 2-1.

Görüş bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

23-cü tur

18 fevral (şənbə)

15:00. “Qəbələ” 2–1 “Sumqayıt”

Qollar: Ülvi İsgəndərov, 44 (1:0), Rafael Utziq, 56 (2:0), İsnik Alimi, 85-avtoqol, (2:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev

Qəbələ şəhər stadionu