18 fevral 2023 10:56
539

Qanalı futbolçu Türkiyədə zəlzələdə həlak olub

Antakyada zəlzələ nəticəsində çökən binanın altında qalan qanalı futbolçu Kristian Atsu həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə futbolçunun meneceri Murat Uzunmehmet özünün “Twitter” səhifəsində məlumat yayıb.

O, "Hatayspor"un futbolçusunun həyatını itirdiyini bildirib.

Qeyd edək ki, Atsu "Çelsi", "Everton", "Nyukasl" və digər başqa klublarda çıxış edib.