17 fevral 2023 18:51
749

Həftənin ən yaxşı futbolçusu

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 oyunundan sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

“İki sahil” xəbər verir ki,  bu ada Portuqaliya “Benfika”sından Fredrik Aursnes layiq görülüb.

Norveçli yarımmüdafiəçi səsvermədə Almaniyanın “Borussiya” (Dortmund) klubundan Kərim Adeyemi, “Bavariya”dan Kinqsli Koman və İtaliya “Milan”ından Rafael Leaonu qabaqlayıb.

Qeyd edək ki, 28 yaşlı oyunçu Belçikada "Brügge"ni 2:0 hesabı ilə məğlub etdikləri matçda start heyətində meydana çıxıb və sonadək əvəzlənməyib. Lakin təcrübəli futbolçu qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.