16 fevral 2023 21:48
776

Konfrans Liqası: "Qarabağ" - "Gent" oyunu sükutla başlayıb

Bakıda "Qarabağ" və Belçikanın "Gent" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu start götürüb. 

“İki sahil” xəbər verir ki,  Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb. 

Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb. 

Bundan əlavə, fubtolçular meydana "Yanınızdayız" pankartı ilə çıxıblar. 

Görüşü Məhəmməd Al-Hakimin  rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edir.