15 fevral 2023 17:50
471

Qvardioladan "Arsenal"a: Kubok istəyirsiniz?

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "şəhərlilər" və "Arsenal"ın Premyer Liqanı qazanmaq uğrunda mübarizəsindən danışıb .

"İki sahil" "The Guardian"a istinadən xəbər verir ki, mütəxəssis titul üçün sona qədər çalışacaqlarını deyib: “Mən titulu əldən vermək istəmirəm. Çünki hazırda biz özümüz kimi deyilik. Bu, mənim əsas motivasiyamdır. "Arsenal" bizi məğlub etsə, bu, onların daha yaxşı olduqları üçün olacaq. Bu, idmandır və mən həmişə olduğu kimi ilk onları təbrik edəcəyəm. 

Kubok istəyirsiniz? Yaxşı, onda döyüşün. Biz isə bu kubok üçün son günə qədər çalışacağıq. İstədiyim budur. Liderliyi qorumaq üçün bacardığınız qədər mübarizə aparın. Əgər işə yaramırsa, vəziyyəti qəbul etməlisən. Amma biz hər şeyimizi verməliyik. Futbolçularım bunu hər gün hiss etməlidirlər”.

Qeyd edək ki, "Arsenal" hazırda Premyer Liqanın turnir cədvəlində 51 xalla (21 oyuna) liderdir. "Mançester Siti" isə 48 xalla (22 oyuna) 2-cidir. Bu gün sözügedən komandalar Premyer Liqanın 12-ci turunun təxirə salınmış oyunu çərçivəsində "Emireyts" stadionunda üz-üzə gələcəklər. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.