15 fevral 2023 16:41
494

"Milan" 10 ildir bunu bacarmırdı

"Milan" 10 ildən sonra Çempionlar Liqasında pley-off mərhələsində qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, "qırmızı-qaralar" dünən "Tottenhem"ə 1:0 hesabı ilə qalib gəlib.

Son İtaliya çempionu axırıncı dəfə 2013-cü ildə pley-ofda “Barselona”nı məğlub edib - 2:0. Cavab qarşılaşmasında üstün olan kataloniyalılar 1/4 finala adlayıblar.