PSJ-nin futbolçuları Lionel Messi və Neymar komandanın azarkeşlərindən üzr istəyiblər.
"İki sahil" "RMC Sport"a istinadən xəbər verir ki, buuna səbəb Paris təmsilçisinin Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya uduzmasıdır (0:1).
35 yaşlı hücumçu və 31 yaşlı forvard oyun bitəndən sonra tribunalara yaxınlaşıblar. Onıar fanatlardan məğlubiyyətə görə üzr istəyiblər. Həmçinin futbolçular onlara dəstək olduqları üçün təşəkkür ediblər.
Qeyd edək ki, PSJ və "Bavariya" arasında cavab oyunu martın 8-də Münhendə olacaq.
Atletimiz Nuray Əbilova U 15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb