Fransada PSJ və Almaniya "Bavariya"sı arasında keçirilən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu 1 dəqiqəlik sükutla başlayıb.
“İki sahil” xəbər verir ki, start fitindən öncə Türkiyə və Suriyadakı zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi yad edilib.
Həmçinin, Paris təmsilçisinin oyunçuları meydana qara sarğı ilə çıxıblar.
Qeyd edək ki, UEFA-nın qərarına əsasən, bu həftə bütün avrokubok matçlarında sükut elan olunacaq.