14 fevral 2023 23:26
418

Azərbaycanın basketbol millisi Ermənistanla eyni qrupa düşüb

Azərbaycanın 16 yaşadək basketbolçulardan ibarət yığması 2023-cü il Avropa çempionatının seçmə mərhələsində Ermənistanla eyni qrupa düşüb.

“İki sahil” Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytına istinadən xəbər verir ki, C Divizionunda mübarizə aparacaq yığmanın püşkatma nəticəsində B qrupundakı digər rəqibləri də bəlli olub.

Azərbaycan millisi seçmə mərhələdə Ermənistanla yanaşı, Albaniya, Kipr və San Marino ilə də qarşılaşacaq.

Qeyd edək ki, B qrupunun oyunları bu il 19 - 27 iyulda Kosovonun paytaxtı Priştinada keçiriləcək.