14 fevral 2023 17:37
521

Mbappe "Bavariya" ilə oyuna ehtiyatda başlayacaq

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə ilk matça ehtiyat oyunçular skamyasında başlayacaq.

"İki sahil" "Le Parisien"ə istinadən xəbər verir ki, zədəsini yeni sağalan fransalı hücumçu hələ bütün görüş ərzində oynamağa hazır deyil.

Qeyd edək ki, bu gün keçiriləcək PSJ - "Bavariya" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.