14 fevral 2023 09:52
358

Yurgen Klopp "Liverpul"da yeni rekorda imza atıb

İngiltərənin "Liverpul" komandasının baş məşqçisi Yurgen Klopp yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, 56 yaşlı mütəxəssis buna Premyer Liqanın XXIII turunda "Everton"u 2:0 hesabı ilə məğlub etməklə nail olub.

Almaniyalı baş məşqçi Mersisayd təmsilçisində 250-ci qələbəsini qazanıb. Bunu 414-cü oyunda bacaran Klopp klub tarixinə düşüb.

Daha əvvəl "Liverpul"a rəhbərlik etmiş mütəxəssislərdən Bob Peysli 250-ci qələbəsini 448-ci, Bill Şenkli 472-ci, Tom Uotson isə 539-cü qarşılaşmada əldə edib.